Vergi
Vergi dövlətin və bələdiyyələrin fəaliyyətinin maliyyə təminatı məqsədi ilə vergi ödəyicilərinin mülkiyyətində olan pul vəsaitlərinin özgəninkiləşdirilməsi şəklində dövlət büdcəsinə və yerli büdcələrə köçürülən məcburi, fərdi, əvəzsiz ödənişdir. Ölkədə alınan vergi, rüsum və tədiyələrin, həmçinin onların forma və metodlarının toplusu isə vergi sistemini əmələ gətirir.
Vergilər aşağıdakı vəzifələri yerinə yetirir:
1. Dövlət xərclərinin maliyyələşdirilməsi – fiskal vəzifə;
2. Ayrı-ayrı sosial qrupların gəlirləri arasındakı nisbətin dəyişdirilməsi yolu ilə sosial tarazlığın təmin olunması – sosial vəzifə;
3. İqtisadiyyatın dövlət tərəfindən tənzimlənməsi – tənzimləmə vəzifəsi;
4. Vergi ödəyicilərinin maraqlandırılması – stimullaşdırma vəzifəsi.
Verginin tarixi:
Dövlətin yarandığı gündən vergilər iqtisadi münasibətlərin mühüm həlqəsini təşkil etmişdir. Müasir sivilizasiyalı cəmiyyətlərdə vergilər dövlətin gəlirlərinin əsas hissəsini təşkil edir. İlk mütəşəkkil vergi sistemlərindən biri Qədim Romanın vergi sistemi hesab edilir. Roma vətəndaşları öz əmlaklarına və ailə vəziyyətlərinə görə təqdim etdikləri ərizə əsasında vergiyə cəlb olunurdular. Hazırda ərizənin bu formasını bəyannamələr təşkil edir. E.ə. IV - III əsrlərdə Roma dövləti inkişaf etdikcə yeni koloniyalar yaranırdı ki, bunun da əsasını kommunal təsərrüfat təşkil edirdi. Roma dövlətinin maliyyə təsərrüfatının yenidən təşkili imperator Avqust Oktavianın(e.ə. 63-cü il – eramızın 14-cü ili) əsas vəzifələrindən biri idi. O bütün əyalətlərdə vergitutmanın həyata keçirilməsinə nəzarət məqsədilə maliyyə təşkilatlarını yaratdı. Onun həyata keçirdiyi islahatlar nəticəsində tribut adlı pul şəklində ödənilən ilk ümumi vergi yarandı. Roma imperiyasında imperiyasında vergilərlə yanaşı dolayı vergilər də mövcud idi. Qədim Romada vergilər arasında ən mühümləri bunlar idi: 1%-li dövriyyə vergisi, 4%-li qul satışından alınan xüsusi dövriyyə vergisi, bazar qiyməti ilə qulların azad olunmasından alınan 5%-li vergi, 5%-li vərəsəlik vergisi və s.
Ölkəmizdə Vergi qanunvericiliyinə əsasən müəyyənləşdirilmiş aşağıdakı vergi növləri mövcuddur:
- Sadələşdirilmiş vergi
- Əlavə dəyər vergisi
- Torpaq vergisi
- Aksizlər
- Müəssisələrin əmlak vergisi
- Fiziki şəxslərin gəlir vergisi
- Ödəmə mənbəyindən tutulan vergi
- Bələdiyyə vergiləri
- Mədən vergisi
- Mənfəət vergisi
- Muzdlu işlə əlaqədar tutulan gəlir vergisi və məcburi dövlət sosial sığorta haqqı
- Sabit vergi
- Yol vergisi
Azər Legal Group sizə aşağıdakı istiqamətlər üzrə vergi xidmətləri təklif edir:
1
Vergi ödənişlərinin optimallaşdırılması
Daha ətraflı
2
Vergi risklərinin müəyyən olunması
Daha ətraflı
3
Vergi qanunvericiliyinə uyğunluğun təşkili
Daha ətraflı
4
Vergi bəyannamələrin hazırlanması və dövlət orqanlarına təqdim olunması
Daha ətraflı
5
Vergi mübahisələrinin həlli və məhkəmə işləri
Daha ətraflı
6
Vergi yoxlamalarına hazırlıq
Daha çox
7
Kameral vergi yoxlamaları nəticəsində yaranmış uyğunsuzluqların aradan qaldırılmasına köməklik
Daha çox
8
Vergi uçotunun qurulması və bərpası
Daha ətraflı
9
Vergi xidməti ilə bağlı konsultasiya
Daha çox