Logistika - daşımaların həyata keçirilməsi
Logistika malların, məhsulların və ya resursların bir nöqtədən digərinə daşınması, saxlanması və idarə edilməsi prosesini əhatə edir. Dəmir yolu nəqliyyatı yüklərin çatdırılmasının ən etibarlı və sabit vasitələrindən biri olaraq qalır. Hər gün onun vasitəsilə dünyanın müxtəlif ölkələrindən xeyli məsafə qət edilərək xeyli miqdarda yüklər daşınır. Bu proses tədarük zəncirində məhsulların axınını optimallaşdırmaq üçün müxtəlif fəaliyyətləri əhatə edir. Daşınma, saxlama, ehtiyatların idarə edilməsi, sifarişlərin işlənməsi və paylanması kimi əməliyyatlar logistik xidmətlərin əsas elementlərindəndir. Dəmir yolu nəqliyyatı vasitəsilə müxtəlif mallar dünyanın bir çox nöqtəsinə daşınır. Dəmir yolu ilə malların daşınması, xüsusilə quru üzərindən toplu daşınmalar üçün, xərc və sürət arasında tarazlığı təşkil edir.
Dəmir yolu nəqliyyatının üstünlükləri:
1.Səmərəlilik - Dəmir yolu nəqliyyatı vasitəsi ilə əhəmiyyətli xərclərə qənaət edə bilərsiniz.
2.Universal yüklərin daşınması - Dəmir yolu nəqliyyatı iri və təhlükəli yüklərin daşınması, tez xarab olan məhsulların daşınması və s. müxtəlif yüklərin daşınmasında olduqca əhəmiyyətlidir
3.İlboyu xidmət - Hava şəraitindən asılı olmayaraq, dəmir yolu nəqliyyatı bütün il boyu sabit təchizat təmin edir. Bu da dəyişən iqlim şəraitində fəaliyyət göstərən müəssələr üçün olduqca faydalıdır.
Dəmir yolu ilə yükdaşıma təhlükəsizlik nöqteyi-nəzərindən nəqliyyatın ən etibarlı növlərindən biridir. Digər nəqliyyat sistemləri ilə müqayisədə qatarlar sürətlidir və yağış və ya duman kimi hava dəyişikliklərindən daha az təsirlənirlər. Dəmir yolu daşıması daha yaxşı təşkil olunmuşdur. Onun müəyyən olunmuş maşrutu və qrafikləri mövcuddur. Digər nəqliyyat növləri ilə müqayisədə o, daha müəyyən, daha az dəyişkən və sabitdir
Logistika xidmətləri:
-Konteyner daşımaları
-Anbar xidməti
-MDB ölkələrinə yükdaşımaların həyata keçirilməsi
-Müxtəlif dəmir yolu daşımaları üçün nəzərdə tutulan örtülü vaqonlardan, yarı vaqonlardan və konteynerlərə, kütləvi və böyük ölçülü yüklərə yararlı platformalardan istifadə olunması
-İOS standartlarına uyğun tanker konteynerlərədə dəmir, barja və quru yolu daşımaları