Aktivlərin idarə olunması
Aktiv, təşkilat üçün aktual və ya potensial dəyəri olan vahidlərdir”. Əslində bu termin özündə aktivlərin maddi dəyərindən daha çox nüansları ehtiva edir, amma hazırda bir çox şirkətlər öz səylərini məhz maddi aktivlər üzərində fokuslaşdırır.
Aktivlərin idarə edilməsi zamanı, təşkilat qarşıya qoyduğu məqsədlərə çatmaqdan ötrü, aktivlərdən ən səmərəli şəkildə istifadəyə nail olmalıdır.
Aktivlərin idarə edilməsinin digər mənası risklərin idarə edilməsidir. Risk səviyyəsi yüksək olan bir sahədə bütün nüansları diqqətə alıb, ən pis strategiyaya görə yatırım strategiyanızı müəyyən etməlisiniz. Qısacası, ticarət edəcəyiniz bütün məbləği deyil, onun 5%-i ilə ticarət etməyiniz tövsiyyə olunur. Ticarətə ayıracağınız vəsait sonradan Sizə hər hansı bir narahatçılıq yaratmamalıdır.
Aktivlərin idarəedilməsi xidməti çox zaman yüksək xalis-gəlirli şəxslərə, müstəqil fondlara, təqaüd fondlarına və korporasiyalara təklif olunur. Firma adətən xidmətlərinə görə, ümumi idarə olunan vəsaitlərin müəyyən faizi miqdarında sabit haqq və bəzən qazanılan mənfəətdən müəyyən faizlər əldə edirlər, lakin bu aktivlərin idarəedilməsi fondu ilə hec fondlar arasında sərhədi pozmuş olur.
Aktivlərin işləməsi və pul gətirməsi üçün peşəkar idarəetmə tələb olunur. Bu zaman əsasən aşağıdakı vəzifələrin öhdəsindən gəlmək lazımdır.
Portfeldəki cari elementlərin qiymət dəyişməsini proqnozlaşdırmaq,
Portfelə daxil olmaq üzrə olan elementlərin dəyərinin dəyişməsini və risklərini proqnozlaşdırmaq
Riskləri ölçmək və proqnozlaşdırmaq: portfel elementləri üzrə, bütünlükdə portfel üzrə
Portfelin strukturunu optimallaşdırmaq