Bank və maliyyə hüququ
Maliyyə hüququ — subyekti dövlət funksiyalarının həyata keçirilməsi üçün zəruri olan dövlət maliyyəsinin (dövlət və yerli özünüidarəetmə fondlarının vəsaitlərinin) formalaşması və xərclənməsi ilə bağlı münasibətlər olan hüquq normalarının sistemidir.
Banklar və xarici bankların yerli filiallarının fəaliyyəti üçün lisenziya və icazələrin alınması zamanı ilkin və yekun müraciətlərin hazırlanması, lazımi sənədlərin toplanması və müraciətlərin edilməsində hüquqi yardım göstərilməsi Azərbaycan Respublikasının qanunvericiliyinə əsaslanaraq həyata keçirilir.
Bank və Maliyyə Hüququ xidmətinə banklar və xarici bankların yerli filiallarının fəaliyyəti üçün lisenziya, bank mübahisələri zamanı iddiaların hazırlanması, müdafiəsi kimi hüquqi yardım daxildir. Bank və Maliyyə hüququ ilə bağlı olan digər münasibətlərlə də əlaqəli hüquqi xidmətlər həyata keçirilir.
Banklar haqqında - Qanun
Bu Qanun Azərbaycanda bank fəaliyyətinin hüquqi bazasının beynəlxalq standartlara tam uyğunlaşdırılması, iqtisadiyyatda bank xidmətlərinin rolunun artırılması, bank əmanətçilərinin və kreditorlarının müdafiəsinin gücləndirilməsi və bütövlükdə bankların stabil və təhlükəsiz fəaliyyətinin təmin edilməsi məqsədilə bankların təşkili, daxili idarəedilməsi, fəaliyyətinin tənzimlənməsi və ləğv edilməsi prinsiplərini, qaydalarını və normalarını müəyyən edir.
Azərbaycanda Maliyyə Bazarlarının tənzimlənməsi
Mülki Məcəllədən əlavə, bu sahə əsasən Banklar haqqında Qanun, Bank olmayan Kredit Təşkilatları haqqında Qanun, Azərbaycan Mərkəzi Bankı haqqında Qanun, Qiymətli Kağızlar Bazarı haqqında Qanun, Sığorta haqqında Qanun, Valyutanın Tənzimlənməsi haqqında Qanun, İnvestisiya Fondları haqqında Qanun, İnvestisiya Fəaliyyəti haqqında Qanun, və bu qanunvericilik aktlarına əsaslanan, əsasən Mərkəzi Bank tərəfindən qəbul edilən digər qərarlarla tənzimlənir.