İstehlakçı hüququ
Bu Qanun Azərbaycan Respublikasının ərazisində istehlakçılar üçün bərabər şərait yaradılması məqsədi ilə alqı-satqı prosesində, iş görülməsində və xidmət göstərilməsində istehlakçı ilə istehsalçı, satıcı və icraçı arasında münasibətlərin eyni cür tənzimlənməsinin, istehlakçıların hüquqlarının müdafiəsinin ümumi hüquqi, iqtisadi və sosial əsaslarını, habelə əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsinin hüquqi əsaslarını və mexanizmini müəyyənləşdirir.
Qanun BMT-nin Baş Assambleyası tərəfindən qəbul edilmiş “İstehlakçıların maraqlarını müdafiə etmək üçün rəhbər prinsiplər” əsasında işlənmiş və Azərbaycan Respublikasında belə münasibətlərin dünya təcrübəsinə uyğunlaşdırılmasına yönəldilmişdir.
İ𝐬𝐭𝐞𝐡𝐥𝐚𝐤çı𝐥𝐚𝐫ı𝐧 𝐡ü𝐪𝐮𝐪𝐥𝐚𝐫ı
Azərbaycan Respublikası ərazisində istehlakçılar aşağıdakı hüquqlara malikdir:
malların (işlərin, xidmətlərin) və onların istehsalçısının, icraçısının və satıcısının sərbəst seçilməsinə;
istehlak etdikləri malların (işlərin, xidmətlərin) lazımi keyfiyyətdə olmasına;
malların (işlərin, xidmətlərin) təhlükəsizliyinə;
malların (işlərin, xidmətlərin) miqdarı, çeşidi və keyfiyyəti haqqında dolğun və düzgün məlumat əldə etməyə;
qanunvericilikdə nəzərdə tutulan hallarda, lazımi keyfiyyəti olmayan, habelə insanların sağlamlığına, həyatına təhlükəli olan malların (işlərin, xidmətlərin) vurduğu zərərin ödənilməsinə;
öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə;
ictimai təşkilatlarda (istehlakçılar birliyində) birləşməyə.
İ𝐬𝐭𝐞𝐡𝐥𝐚𝐤çı𝐥𝐚𝐫ı𝐧 𝐡ü𝐪𝐮𝐪𝐥𝐚𝐫ı𝐧ı𝐧 𝐩𝐨𝐳𝐮𝐥𝐦𝐚𝐬ı𝐧𝐚 𝐠ö𝐫ə 𝐦ə𝐬𝐮𝐥𝐢𝐲𝐲ə𝐭
Bu Qanunun pozulmasına görə təqsirli şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada mülki, inzibati və cinayət məsuliyyəti daşıyırlar.
İ𝐬𝐭𝐞𝐡𝐥𝐚𝐤çı𝐥𝐚𝐫ı𝐧 𝐡ü𝐪𝐮𝐪𝐥𝐚𝐫ı𝐧ı𝐧 𝐦ü𝐝𝐚𝐟𝐢ə𝐬𝐢𝐧𝐢 𝐡ə𝐲𝐚𝐭𝐚 𝐤𝐞ç𝐢𝐫ə𝐧 𝐝ö𝐯𝐥ə𝐭 𝐢𝐜𝐫𝐚 𝐡𝐚𝐤𝐢𝐦𝐢𝐲𝐲ə𝐭𝐢 𝐨𝐫𝐪𝐚𝐧𝐥𝐚𝐫ı𝐧ı𝐧 𝐡ü𝐪𝐮𝐪-𝐦ü𝐡𝐚𝐟𝐢𝐳ə 𝐨𝐫𝐪𝐚𝐧𝐥𝐚𝐫ı 𝐢𝐥ə ə𝐥𝐚𝐪ə𝐬𝐢
Hüquq-mühafizə orqanlarının işçiləri istehlakçıların hüquqlarının müdafiəsini həyata keçirən dövlət icra hakimiyyəti orqanlarının vəzifəli şəxslərinə öz vəzifələrinin yerinə yetirilməsində köməklik göstərir və bu işlərin görülməsində onlara maneçilik törədən vətəndaşların qanunsuz hərəkətlərinin qarşısını alırlar.
İ𝐬𝐭𝐞𝐡𝐥𝐚𝐤çı𝐥𝐚𝐫ı𝐧 𝐡ü𝐪𝐮𝐪𝐥𝐚𝐫ı𝐧ı𝐧 𝐦ə𝐡𝐤ə𝐦ə 𝐦ü𝐝𝐚𝐟𝐢ə𝐬𝐢
İstehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir.
İstehlakçının tələblərini yerinə yetirməklə yanaşı, məhkəmə həmçinin ona dəymiş mənəvi (qeyri-əmlak) zərərin də ödənilməsini həll edir.