Cinayət hüququ
Azərbaycan Respublikasının 30 dekabr 1999-cu il tarixli Cinayət Məcəlləsinin 14.1-ci madddəsində cinayətə aşağıdakı məzmunda anlayış verilmişdir: “Bu Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır”.
Cinayətin əlamətləri aşağıdakılardır:
• Cinayət qanunla qadağan edilən əməldir;
• Cinayət ictimai təhlükəli əməldir;
• Cinayət təqsirli əməldir;
• Cinayət cəzalanmalı olan əməldir.
Cinayət hüququnun iki əsas və başlıca anlayışı vardır:
1.cinayət
2.cəza
Cinayət hüququnun toxunduğu bütün məsələlər də məhz bu iki anlayışla sıx surətdə və bilavastə əlaqədardır. Belə ki, ölkənin ictimai həyatı üçün təhlükəli olan əməllərin cinayət olması və cinayətə görə cəzanın verilməsi ilə bağlı münasibətlər yaranır. Bu münasibətlərin bir tərəfində cinayət törətmiş şəxs , digər tərəfində isə həmin şəxsi cəzalandırmağa səlahiyyətli olan dövlət durur. Göstərilən münasibətlər hüquq normaları ilə tənzimlənir. Bu normaların məcmusu cinayət hüququ adlanır.
Cinayət hüququ dedikdə, cinayət və cəza ilə bağlı olaraq cinayət törətmiş şəxslə dövlət arasında yaranan münasibətlərin tənzimləyən hüquq normalarının məcmusu başa düşülür.
Cinayət hüququnun ibarət olduğu hüquq normaları müəyyən edir.
1.hansı əməllərin cinayət sayılmasını və əməllərin cəzalandırılması;
2.cinayət məsulliyyətinin əsaslarını;
3.cinayət məsuliyyətinin prinsiplərini;
4.cəzanın növlərini və həddini;
5.cəzanın tətbiq olunma qaydası və şərtləri;
6.cinayət məsuliyyətindən azad etmənin şərtlərini;
7.cəzadan azad etmənin şərtlərini;