Sığorta hüququ
Sığorta hüququ xidməti sığorta fəaliyyəti ilə bağlı lisenziyaların alınması, sığorta hüquqpozmalarından məhkəmədə müdafiə hüququ, subroqasiya hüququ ilə bağlı münasibətləri əhatə edir. İcbari sığorta işləri ilə dövlət qurumları məşğul olsa da, könüllü sığortanı müvafiq lisenziyanı almış ayrı-ayrı müəssisələr də həyata keçirə bilər.
𝐒ığ𝐨𝐫𝐭𝐚 𝐡𝐚𝐝𝐢𝐬ə𝐬𝐢 𝐧ə𝐭𝐢𝐜ə𝐬𝐢𝐧𝐝ə 𝐝ə𝐲𝐦𝐢ş 𝐳ə𝐫ə𝐫𝐢𝐧 𝐦𝐢𝐪𝐝𝐚𝐫ı𝐧ı 𝐤𝐢𝐦 𝐦üə𝐲𝐲ə𝐧 𝐞𝐝𝐢𝐫?
AR Mülki Məcəlləsinin 925.1-ci maddəsinə əsasən sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında mümkün olan ən qısa müddət ərzində sığortaçı müəyyən edir. Həmin Məcəllənin 925.3-cü maddəsinə əsasən sığorta hadisəsi nəticəsində dəyən zərərin sığortaçı tərəfindən qiymətləndirilməsi, habelə miqdarı barədə tərəflər arasında razılıq əldə edilmədikdə zərərin miqdarının qiymətləndirilməsi “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbi nəzərə alınmaqla, təyin olunan müstəqil ekspert tərəfindən aparılır.
𝐒𝐮𝐛𝐫𝐨𝐪𝐚𝐬𝐢𝐲𝐚 𝐡ü𝐪𝐮𝐪𝐮 𝐧ə𝐝𝐢𝐫?
AR Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur.
Sığorta fəaliyyəti ilə bağlı lisenziyaların alınması üçün müvafiq icra hakimiyyəti orqanı qanunvericiliklə təsbitlənmiş tələblər müəyyən etmişdir. Məlumdur ki, beynəlxalq standartların inkişafı sığorta hüququnun önəmini daha da artırıb.
Sığorta hüququnun xarici təcrübədə geniş tətbiqi ölkəmizdə də bu sahənin inkişafına gətirib çıxarır. Sığorta şirkəti və brokeri ilə əlaqədar lisenziya və ya icazələrin alınması bir sıra hüquqi prosedurların izlənməsini və lazımi sənədlərin toplanmasını tələb edir.