Əmək hüququ
Əmək hüququ sosial-iqtisadi hüquqlara daxil olan və hüquqi dövlətin müdafiə etdiyi əsas hüquqlardandır. Əmək hüququnun aşağıdakı tərkib hissələri vardır: İşçi - əmək hüququnun subyekti, fiziki şəxs, işəgötürən tərəfindən əmək müqaviləsi ilə əmək fəaliyyətinə cəlb edilən şəxsdir.
Əmək hüququ xidmətlərinə əmək hüquq münasibətləri ilə bağlı olan sənədlərin tərtibi, əmək və kollektiv müqavilələrin tərtibi, əmək münasibətlərində təmsilçilik və bu münasibətlərlə bağlı olan digər xidmətlər aiddir.
Əmək hüquq münasibətləri ilə bağlı olan sənədlərin tərtibi, əmək hüquq münasibətlərinin yaranması, dəyişdirilməsi, xitamı və s. məsələlərlə bağlı əmrlərin nümunəvi formalarının hazırlanması zamanı peşəkar hüquqi yardımın alınması çox vacib amillərdəndir.
Hər bir hüquq sahəsi ictimai münasibətlərin müəyyən bir hissəsini normaya saldığı kimi əmək hüququ da əmək münasibətlərini və əmək münasibətləri ilə bağlı olan münasibətləri tənzimləyir.
Qeyd etmək lazımdır ki, bütün əmək münasibətləri əmək hüququnun tərkibinə daxil deyildir. Əmək münasibətləri şəxsin işəgötürənlə bağlanmış əmək müqaviləsi əsasında işçi qismində fəaliyyətə başlaması ilə əmələ gəlir.
Azərbaycan Respublikasının Konstitusiyanın 35-ci maddəsi əməyin azadlığını bəyan edir. Belə ki, maddədə təsbit edilir ki, hər kəs öz seçimi üzrə əmək fəaliyyəti ilə məşğul olmaq hüququna malikdir. Hər bir kəs əmək müqaviləsi üzrə, yaxud kooperativ üzvü kimi işləyə, mülki-hüquqi müqavilə üzrə konkret-müəyyən işi yerinə yetirə, yaxud fərdi sahibkarlıq fəaliyyətinin müxtəlif növləri ilə məşğul ola bilər. Bu da onu göstərir ki, əmək münasibətləri müxtəlif formalara malikdir.
Ə𝐦ə𝐤 𝐡ü𝐪𝐮𝐪 𝐦ü𝐧𝐚𝐬𝐢𝐛ə𝐭𝐥ə𝐫𝐢𝐧𝐢𝐧 𝐲𝐚𝐫𝐚𝐧𝐦𝐚𝐬ı, 𝐝ə𝐲𝐢ş𝐝𝐢𝐫𝐢𝐥𝐦ə𝐬𝐢 𝐯ə 𝐱𝐢𝐭𝐚𝐦 𝐞𝐝𝐢𝐥𝐦ə𝐬𝐢 ə𝐬𝐚𝐬𝐥𝐚𝐫ı
Qanunvericilikdə əmək hüquq münasibətlərinin yaranması, dəyişdirilməsi və xitamı edilməsi hüquqi faktlar adlandırılır. Əmək hüquq münasibətlərinin yaranmasını doğuran hüquqi faktlar onların yaranmasının əsasları adlanır. Belə ki, əmək hüquq münasibətlərinin yaranmasının əsası qismində əmək müqaviləsi çıxış edir.
Bu məsələ Azərban Respublikasının Əmək Məcəlləsinin 7-ci maddəsinin ikinci hissəsində tam əks edilmişdir. Lakin bəzi hallarda əmək hüquq münasibətlərinin yaranması üçün təkcə əmək müqaviləsi kifayət etmir. Məcmu halında bu hüquqi aktlar əmək hüquq münasibələrinin əsası qismində çıxış edirlər.
Əmək müqaviləsinin əsas şərtlərinin dəyişdirilməsi başqa sözlə desək, işçiyə əmək müqaviləsində nəzərdə tutulmayan başqa peşə, ixtisas, vəzifə üzrə əmək funksiyasının yerinə yetirilməsini həvalə etmək onu başqa işə keçirmə sayılır. Başqa işə keçirilməyə yalnız işçinin razılığı ilə, həmçinin yeni əmək müqaviləsi bağlamaqla yol verilir. Birtərəfli qaydada əmək müqaviləsinin şərtlərinin dəyişdirilməsinə müəyyən hallarda, işəgötürənin təşəbbüsü ilə bir aydan artıq olmayan müddətə yol verilə bilər.
İş 𝐯𝐚𝐱𝐭ı𝐧ı𝐧 𝐚𝐧𝐥𝐚𝐲ışı 𝐯ə 𝐧ö𝐯𝐥ə𝐫𝐢
İşcilərin əmək fəaliyyəti vaxt anlayışı ilə sıx sürətdə bağlıdır. İş vaxtı əmək prosesində işçinin işəgötürənin sərəncamının və öz əmək vəzifələrinin yerinə yetirilməsinə sərf etdiyi vaxtdır. Bu işəgötürənin bütün sərəncamlarına deyil, yalnız əmək müqaviləsi və daxili əmək nizam qaydlarına uyğun surətdə verilən sərəncamlarına aiddir.
İş vaxti bir qayda olaraq qanunla müəyyən edilir. Bununla belə, iş vaxtının qanun əsasında da müəyyənləşdirilməsi mümkündür. Tam iş vaxtı dedikdə, müddəti qanunla müəyyən tutulmuş həftəlik və gündəlik iş saatları ərzində işçilərin öz əmək funk+i yerinə yetirməsi üçün müəyyən edilmiş zaman başa düşülür. Buna normal iş vaxtı deyilir. Qanun iş vaxtənın 2 normasını müəyyən edir:gündəlik və həftəlik iş norması. Gündəlik iş vaxti norması 8 saatdan ibarətdir. Həftəlik iş vaxtı norması 40 saatdan çox ola bilməz. Həm 5 günlük, həm də 6günlük iş həftəsi müəyyən edilə bilər.
Qisaldılmış iş vaxtı odur ki, o, normal iş vaxtına nisbətən “qısadır”. İş vaxtının bu növü həftəlik və günlük iş vaxtının azaldılması deməkdir. Qeyd etmək lazəmdər ki, iş vaxtının qısaldılması əmək haqqına qəti təsir göstərmir.
İ𝐬𝐭𝐢𝐫𝐚𝐡ə𝐭 𝐯𝐚𝐱𝐭ı𝐧ı𝐧 𝐚𝐧𝐥𝐚𝐲ışı 𝐯ə 𝐧ö𝐯𝐥ə𝐫𝐢
İstirahət vaxtı odur ki, həmin vaxt ərzində işçi öz əmək funksiyasını yerinə yetirməkdən azad olur və ondan istədiyi kimi istifadə edir.
İstirahət vaxtə şəxsin istirahət hüququ ilə bağlıdır. Konstitusiyanın 36-cı maddəsi vətəndaşın istirahət hüququnu təsbit edir: hər kəsin istirahət hüququ vardır. Qüvvədə olan əmək qanunvericiliyi, o cümlədən əmək hüquq elmi istirahət vaxtının əsasən 4 növünü fərqləndirir.
· Fasilə
· İstirahət günləri
· Bayram günləri
· Məzuniyyət
İstirahət günlərində iş qadağandır. Bundan əlavə, həftəlik fasiləsiz istirahət müddəti 42 saatdan az olmamalıdır.
Ümumi istirahət günü bazar günüdür. 5 günlük iş həftəsində 2, 6 günlük iş həftəsində 1 gün istirahət günü verilir.
Bayram günləri iş günü hesab edilən və edilməyən olmaqla 2 qrupa bölünür. İstirahət vaxtı iş günü hesab edilən bayram günlərini əhatə edir. Bunlar adətən ictimai əhəmiyyətli əlamətdar hadisələrə, ənənəvi tarixə həsr edilir.
Həftələrarası istirahət və iş günü hesab olunmayan bayram günləri üst-üstə düşərsə, həmin istirahət günü bilavasitə bayram günündən sonrakı iş gününə keçirilir.
Bayram günləri yalnız istehsalat-texniki şəraitinə görə dayandırılması mümkün olmayan işlərə, habelə əhaliyə xidmətlə əlaqədar işlərə yol verilir.