AzərLegalGroup
Sosial təminat hüququ Recruitment

Sosial təminat hüququ

Sosial təminat hüququ əmək qabiliyyətini tam və ya qismən itirmiş vətəndaşların maddi tələbatının ödənilməsi üçün onlara dövlət tərərfindən müvafiq müavinətlərin ödənilməsindən və təşkilati-hüquqi digər tədbirlərin həyata keçirilməsindən ibarətdir.

Sosial təminat hüququnu müstəqil hüquq sahəsi kimi xarakterizə edən əlamətlər aşağıdakılardan ibarətdir:
1) Bu qanunvericiliklə müəyyən edilmiş qaydalar və normalar üzrə sosial təminatın müvafiq növlərini səlahiyyətli dövlət orqanlarının əhaliyə təqdim etməsi
və pozulmuş hüquqların bərpası ilə bağlı yaranan ictimai münasibətlərin eynitipliyi;
2) Bu ictimai münasibətlərin tənzimlənməsinin xüsusi üsullarının qanunvericiliklə təsbit edilməsi, eyni zamanda həmin münasibətlərin bölüşdürücü xarakter
daşıması və onun xüsusi subyektlərinin olması;
3) Bu ictimai münasibətlərin müstəqil hüquq sahəsi kimi tənzimlənməsinə
cəmiyyətin tələbatının olması;
4) Cəmiyyətdə sosial ədaləti əks etdirən bu sahə üçün müvafiq sosial prinsiplərin olması;
5) Bu sahəvi təsisatın əlamətlərinə cavab verən hüquq normalarının həcminin kifayət qədər olması

Göstərilən bu əlamətlərə malik olan hüquq normalarının məcmusu müstəqil hüquq sahəsini – sosial təminat hüququnu əmələ gətirir. 

Aşağıda göstərilən hallarda vətəndaşların sosial təminat hüququ müəyyənləşdirilir:

1.qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda;

2.xəstəliyi olduqda;

3.əlilliyi olduqda;

4.ailə başçısını itirdikdə;

5.əmək qabiliyyətini itirdikdə;

6.işsiz olduqda.

Qanunun 4. 1 maddasinə uygun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir:

1.Yaşa görə əmək pensiyası;

2.Əlilliyə görə əmək pensiyası;

3.Ailə başçısını itirməyə görə əmək pensiyası;

Yaşa görə əmək pensiyası aşağıdakılardan ibarətdir:

1.Baza hissəsindən;

2.Sığorta hissəsindən;

3.Yığım hissəsindən.

Əlilliyə görə əmək pensiyası aşağıdakılardan ibarətdir:

1.Baza hissəsindən;

2.Sığorta hissəsindən;

3.Yığım hissəsindən.

Ailə başçısını itirməyə görə əmək pensiyası aşağıdakılardan ibarətdir:

1.Baza hissəsindən;

2.Sığorta hissəsindən.