Hədəflər biznesin və eyni zamanda həyatın hər bir aspektinin ayrılmaz bir hissəsidir. Hədəflərin təyin edilməsi üçün istifadə olunan yanaşmalardan biri də SMART hədəflərdir. SMART daha yaxşı nəticələr verəcəyi güman edilən hədəf və vəzifələrin müəyyən edilməsində, məsələn, layihənin idarə edilməsində, işçilərin performansının idarə edilməsində və şəxsi inkişafda bələdçilik etmək üçün meyarlar verən mnemonik abreviaturadır. İngilis dilindəki Specific, Measurable, Achievable, Relevant və Time-bound sözlərinin ilk hərflərindən ibarət olan SMART qısaltması dilimizə "ağıllı" kimi tərcümə olunur. Bu termin ilk dəfə Corc T. Doran tərəfindən 1981-ci ildə “Management Review” jurnalının noyabr buraxılışında istifadə edilmişdir.

 

 

SMART hədəflər:

 

Specific - konkret, yəni yaxşı müəyyən edilmiş, aydın və birmənalı;

Measurable - ölçülə bilən, yəni məqsədinizə çatmaq yolunda inkişafınızı ölçən xüsusi meyarlardan ibarət;

Achievable - yəni əldə edilə bilən, mümkün;

Relevant - yəni real, həyat məqsədinizə uyğun və aktual;

Time-bound - yəni başlama və bitirmə tarixləri də daxil olmaqla, dəqiq müəyyən edilmiş   zaman çərçivəsində həyata keçirilə bilən.

 

I. Konkret SMART hədəflər

Konkret olan hədəflərin yerinə yetirilmə ehtimalı əhəmiyyətli dərəcədə yüksəkdir. Hədəfləri konkretləşdirmək üçün beş sual nəzərə alınmalıdır:

1. Kim?: Bu hədəflə kimlər məşğul olacaq?
2. Nə?: Mən nəyə nail olmaq istəyirəm?
3. Harada?: Bu hədəfə harada çatmaq lazımdır?
4. Nə vaxt?: Mən bu hədəfə nə vaxt nail olmaq istəyirəm?
5. Niyə?: Mən niyə bu hədəfə çatmaq istəyirəm?

Məsələn, ümumi məqsəd "Mən formaya düşmək istəyirəm" olacaq. Daha konkret məqsəd isə “Mən yerli icma mərkəzində idman zalı üzvlüyü əldə etmək və daha sağlam olmaq üçün həftənin dörd günü məşq etmək istəyirəm” olacaq.

 

II. Ölçülə bilən SMART hədəflər

SMART hədəflər tərəqqinin ölçülməsi üçün müəyyən meyarlara malik olmalıdır. Heç bir meyar yoxdursa, inkişafınızı və hədəfinizə çatmaq yolunda olduğunuzu müəyyən edə bilməyəcəksiniz. Hədəfi ölçülə bilən etmək üçün bu sualları nəzərə alın:

1. Nə qədər?
2. Hədəfimə çatdığımı necə müəyyən edə bilərəm?
3. Mənim inkişaf göstəricim nədir?

Məsələn, yuxarıda göstərilən xüsusi məqsədə əsaslanaraq: mən yerli icma mərkəzimdə idman zalı üzvlüyü əldə etmək və daha sağlam olmaq üçün həftənin dörd günü məşq etmək istəyirəm. Hər həftə bir kq. çəki verməyi hədəfləyəcəyəm.

III. Əldə edilə bilən SMART hədəflər

SMART hədəflər əldə edilə bilən olmalıdır. Bu, həmin hədəfi həyata keçirməyin və ona doğru istiqamətlənməyin yollarını anlamağa kömək edəcək. Bu suallara nəzər salın.

1. Hədəfə çatmaq üçün müvafiq resurs və imkanlarım varmı? Yoxdursa, çatışmayan nələrdir?
2. Əvvəllər başqaları bu hədəfə uğurla çatıblarmı?

 

IV. Real/aktual SMART hədəflər


SMART hədəf aktual olmalıdır ki, mövcud resurslar və vaxt nəzərə alınmaqla hədəfə real şəkildə nail olmaq mümkün olsun. SMART hdəfə, onun həyata keçirilə biləcəyinə inanırsınızsa, çox güman ki, realdır. Bu suallara nəzər salın:

1. Hədəf real və əlçatandırmı?
2. Müəyyən zaman çərçivəsində və müvafiq resurslarla hədəfə çatmaq olarmı?
3. Hədəfinizə çatmaq üçün müəyyən öhdəlik götürə bilirsinizmi?

 

V. Zamanla məhdudlaşdırılmış SMART hədəflər


SMART hədəf zamanla məhdudlaşdırılmış olmalıdır, çünki hədəfin həyata keçirilməsinə başlama və bitirmə tarixləri var. Hədəf zamanla məhdudlaşmırsa, təcili yerini yetirilmə hissi olmayacaq və buna görə də hədəfə çatmaq üçün daha az motivasiya olacaq. Bu suallara nəzər salın:

1. Hədəf üçün "deadline" varmı?
2. Hədəfinizə nə vaxt çatmaq istəyirsiniz?

Məsələn, yuxarıdakı məqsədə əsaslanaraq: Avqustun 1-də mən yerli icma mərkəzində idman zalı üzvlüyü əldə edəcəm. Daha sağlam olmaq üçün həftənin dörd günü məşq edəcəm. Hər həftə bir kq. çəki verməyi hədəfləyəcəyəm. Avqustun sonuna qədər, ay ərzində dörd kq. çəki itirsə, məqsədimi həyata keçirəcəyəm.

SMART hədəflər işlərinizi konkret, ölçülə bilən, əldə edilə bilən, real və vaxtında etməklə sizi uğura aparır. SMART metodu sizi daha da irəli aparmağa kömək edir, sizə istiqamət hissi verir, təşkil etməyə və hədəflərinizə çatmağa kömək edir.