Mühasibat auditi
Audit prosesini 2 qrupa ayırmaq olar:
1)Könüllü audit
2)Məcburi audit
Könüllü audit özü 2 yerə ayrılır:
1)Daxili audit
2)Xarici audit
Daxili audit - Müəssənin öz mütəxəssisləri tərəfindən həyata keçirilir investorları lazimi məlumatlarla təmin etmək menecerlərə şirkətdəki vəziyyətini göstərmək üçün lazımdır.
Xarici audit - Cəlb olunmuş auditorun köməyi ilə icra olunan könüllü audit prosesidir. Rəhbərliyin təşəbbüsü əsasında təşkil edilir məqsədi mümkün qədər obyektiv nəticə əldə etməkdir.
Məcburi audit nələri əhatə edir:
-Mühasibat qeydlərinin, ilkin uçot sənədlərinin tamlığının, habelə onların rəsmiləşdirilməsi düzgünlüyünün yoxlanılması
-Mühasibat uçotu və maliyyə hesabatlarında səhvlərin, uyğunsuzluqların müəyyən edilməsi, onların aradan qaldırılmasına köməklik göstərilməsi
-Audit zamanı məsləhət dəstəyi
-Hesabatlığın təkmilləşdirilməsi və bunun audit rəyi ilə dəstəklənməsi