AzərLegalGroup
Mühasibat uçotunun qurulması və bərpası Recruitment

Mühasibat uçotunun qurulması və bərpası

Mühasibat uçotu - vacib və mürəkkəb bir sistemdir. Bu sistemin düzgün və effektiv qurulmasından, bəzi hallarda, müəssisənin gələcəyi asılıdır. Mühasibat şöbəsinin işi müəssisənin daxili idarəetmə hesabatlarının və maliyyə hesabatlarının hazırlanması, vergi uçotunun aparılmasıdır. Burada biliklər ilə yanaşı, işçi-mühasiblər arasında işlərin düzgün bölüşdürülməsi, qarşılıqlı yardımlaşma və komanda şəklində işləmə kimi amillər də mühüm rol oynayır.

Mühasibat uçotuna biznesin və iqtisadiyyatın dili deyirlər. Bu dil ilə müəssisələrin hazırki vəziyyətini, onların gələcəyi haqqında proqnozları öyrənmək olar.

Mühasibat uçotunun düzgün qurulması istənilən müəssisənin uğurlu inkişafının zəmanətidir.Müəssənin gələcəyi mühasibat uçotunun qurulması və pərpasından çox asılıdır.   Biznes həyatında ən kiçik yanlışlıq belə çox ciddi anlaşılmazlıqlara səbəb ola bilər və hətta təcrübədən də göründüyü kimi uzun müddət davam edən məhkəmə proseslərinə qədər gedib çıxa bilər. Eləcə də düzgün qurulmuş mühasibat uçotu dövlət nəzarət orqanlarının şirkətə qarşı hər hansı iddia qaldırmasını önləyir. Məhz buna görə mühasibat uçotunun qurulması ilə ixtisaslı mütəxəssis məşğul olmalıdır.