Mənfəət və zərərin müəyyənləşdirilməsi
Mənfəət və zərər hesabatı müəyyən bir dövr ərzində müəssisənin gəlirlərini və xərclərini özündə əks etdirir.Bu hesabat müəyyən bir dövrü əhatə edir (məsələn, illik, yarımillik, rüblük (yəni 3 aylıq) və ya aylıq).
Mənfəət — məcmu gəlirlə (buna əmtəə və xidmətlərin satışından əldə edilən gəlirlər, alınan cərimələr və kompensasiyalar, faiz gəlirləri və s. daxildir) ilə bu malların və xidmətlərin istehsalı və ya alınması, saxlanması, daşınması, marketinqi xərcləri arasında müsbət fərq. Mənfəət = Gəlir − Xərclər (pul ifadəsində). Nəticə mənfi olarsa, itki adlanır.
Zərər — Bir şəxsin, bir şirkətin və ya bir qurumun maddi və maddi olmayan itki, məhsuldarlıq azalması, qeyri-normal xərclər və ya başqa bir növ ziyanıdır.
"Mənfəət və ya zərər və digər məcmu gəlir haqqında hesabat" iki hissədən ibarətdir:
1.Mənfəət və ya zərər haqqında hesabat
2.Digər məcmu gəlir haqqında hesabat (bölüşdürülməmiş mənfəətə təsir edən, lakin mənfəət və ya zərər haqqında hesabatda əks olunmayan gəlirlər, misal üçün, elan edilmiş dividendlər, yenidənqiymətləndirmə ehtiyatlarının dəyişməsi və s.)