Maliyyə hesabatlarının hazırlanması
Maliyyə hesabatları mühasibat uçotu prosesinin bir məhsuludur. Maliyyə hesabatlarının hazırlanması şəxsi maliyyənizin düzgünlüyünü qiymətləndirmək və inkişaf etdirmək baxımından əhəmiyyətlidir.
Maliyyə hesabatlarının hazırlanması, işin və ya şəxsi maliyyənizin düzgünlüyünü qiymətləndirmək və inkişaf etdirmək üçün əhəmiyyətlidir.
İşinizi və ya şəxsi maliyyənizi daha da yaxşı idarə etməyə başlamaq üçün həmin maliyyə hesabatlarının düzgün hazırlanması vacibdir. Bu, gəlir və xərclərinizi nizamlamaq, effektiv qərarlar vermək və
Üç əsas maliyyə hesabatı vardır və onları aşağıda nəzərdən keçirə bilərsiniz:
1. Balans hesabatı (ingiliscə "balance sheet"),
2. Mənfəət və zərər haqqında hesabat (ingiliscə "profit and loss statement)",
3. Pul vəsaitlərinin hərəkəti haqqında hesabat (ingiliscə "cash flow statement)".
nailiyyətlərinizi izləmək üçün əhəmiyyətlidir.
Maliyyə hesabatlarının məqsədi:
Mühasibatlıq prosesi zəminində əmələ gələn məlumatların hesabat halına gətirilməsində məqsədin nədən ibarət olmasından söz açmaq istərdim. Bu məqsədlər aşağıdakılardan ibarətdir:
1.Pul vəsaitlərinin axını ilə bağlı perspektivin dəyərləndirilməsində faydalı olan məlumatların təmin edilməsi
2.İnvestisiya və kredit ayırma qərarlarında faydalı olan məlumatların təmin edilməsi
3.Biznesin vəsaitləri, bu vəsaitlərə olan iddialar və iddialara aid dəyişikliklər barədə məlumatın təmin edilməsi
Maliyyə hesabatlarını hazırlamağa başlamaq üçün, bütün mali əməliyyatları düzgün şəkildə qeyd etməlisiniz. Bu, gəlir və xərclərinizi, alacaqlarınızı və borclarınızı izləməyə kömək edir. İşinizi və ya şəxsi maliyyənizi təhlil etmək üçün ən əhəmiyyətli mərhələdir.
Maliyyə hesabatları – müəssisənin maliyyə vəziyyəti, onun fəaliyyətinin maliyyə nəticələri və onun maliyyə vəziyyətinin dəyişməsi barədə məlumat verir. Maliyyə hesabatlarına balans, mənfəət və zərər, pul vəsaitlərinin hərəkətinə dair hesabatları misal deyə bilərik. Bu hesabatlar keçmişdə müəssisədə nə baş verdiyini göstərir.
Maliyyə hesabatlarının təhlili – əsas rolu müəssisənin maliyyə hesabatlarındakı məlumatlardan istifadə edərək iqtisadi qərarlar qəbul etməkdir. İqtisadi qərarlara misal olaraq investorun hər hansı bir firmanın səhmlərini almasını, hər hansı bir firmaya borc verilməsini, müəssisələrin birləşməsi qərarlarını və başqalarını göstərmək olar.