AzərLegalGroup
Vergi risklərinin müəyyən olunması Recruitment

Vergi risklərinin müəyyən olunması

 Vergi risklərinin minumuma endirilməsi son dövrlərin ən aktual məsələlərindəndir.

 “Risklərin idarə edilməsi” aləti müasir texnologiyalara əsaslanaraq vergidən yayınma hallarını aşkar etməklə onların elektron qaydada idarə olunması, mövcud risklərin daha dəqiq qiymətləndirilməsi və vergi potensialının düzgün dəyərləndirilməsini təmin edir. Həmin alət istər elektron, istərsə də digər vasitələrlə aşkar olunmuş hər bir vergidənyayınma halının dəqiqliklə yoxlanılmasına, onun vergi nəzarəti tədbiri baxımından düzgün qiymətləndirilməsinə və aşkar edilmiş hallar üzrə daha səmərəli vergi nəzarəti tədbirinin seçilməsinə imkan verir.“Risklərin idarə edilməsi” aləti vasitəsi ilə aşkar edilmiş risk üzrə onun dürüstlüyü qiymətləndirilməklə mövcud potensial vergitutma baxımından dəyərləndirilir. Bundan sonra, aşkar edilmiş vergidənyayınma halının növünə uyğun olaraq 3 növ (kameral vergi yoxlaması, səyyar vergi yoxlaması və ya operativ vergi nəzarəti tədbiri) vergi nəzarəti tədbirindən biri seçilir və onun icrası avtomatik olaraq həmin alət vasitəsi ilə qeydiyyat prinsipi nəzərə alınmaqla müvafiq vergi orqanına həvalə edilir. “Risklərin idarə edilməsi” aləti vasitəsi ilə aşkarlanmış elə risklər mövcud ola bilər ki, vergidənyayınma halının vergi ödəyicisinin ilkin sənədləri əsasında yoxlanılması zərurəti yaransın. Bu halda səyyar vergi yoxlamasının təyin edilməsi məqsədəuyğun hesab olunur.