Vergi ödənişlərinin optimallaşdırılması
Vergi planlaşdırması dedikdə qanunvericiliklə müəyyən edilmiş azadolmalardan
güzəştlərdən və üsullardan istifadə etməklə vergi öhdəliklərinin azaldılması başa düşülür.
Vergi planlaşdırması zərurəti müxtəlif situasiyalar üçün konkret vergi rejimləri nəzərdə
tutan, vergitutma bazasının hesablanması üçün müxtəlif üsullardan istifadəyə imkan verən
və vergi ödəyicilərinə müxtəlif güzəştlər təklif edən vergi qanunvericiliyində öz əksini
tapmışdır.
Vergi planlaşdırılması vergi ödənişlərinin optimallaşdırılması olan üç mühüm yanaşmaya əsaslanır:
- vergi ödənişləri üzrə güzəştlərdən istifadə edilməsi;
- uçot siyasətinin işlənib hazırlanması;
- vergi ödənişlərinin müddətinə nəzarət.
Vergi ödəyicisinin icbari vergilərin ödənişindən qaçmaq və ya onların ölçüsünü minimuma endirmək hüququ var. Müəssisələrin gəlir vergisinin optimallaşdırılması əsasən bu müddəaya əsaslanır.
Şirkətlərin fəaliyyətində vergi planlaması və vergilərin optimallaşdırılması əhəmiyyətli yer tutur.
Respublikamızda vergi ödənişlərinin optimallaşdırılması əsasən aşağıdakı metodlarla həyata keçirilir:
1.Xərclərin və gəlirlərin optimallaşdırılması
2.İş sxeminin işlənib hazırlanması
3.Sosial ödəniş və əmək haqqı xərclərinin optimallaşdırılması
4.Holdinqə daxil olan müəssisələr